İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev Qazaxıstan xalqı qarşısında and içib - inauqurasiya

Astanada Qazaxıstan prezidentinin andiçmə mərasimi olub.

Musavat.com Qazax24.info saytına istinadla xəbər verir ki, Müstəqillik Sarayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.

Seçilmiş prezident andiçmə mərasimində çıxış edərək deyib.

“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verməyə, Qazaxıstan Respublikası Prezidentinin mənə həvalə edilmiş yüksək vəzifələrini vicdanla yerinə yetirməyə təntənəli and içirəm”. dövlət başçısı bildirib.

Prezidentin andiçmə mərasiminin şərəfinə dövlət himni səsləndirilib. Tədbir zamanı Mərkəzi Seçki Komissiyasının sədri yeni seçilmiş Qasım-Jomart Tokayevə Qazaxıstan Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Qasım-Jomart Tokayevin andiçmə mərasimində hökumət üzvləri, parlamentin deputatları, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də digər dəvət olunmuş qonaqlar iştirak edirlər.

Xatırladaq ki, noyabrın 20-də Qasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində qalib gəlib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR