İnsanlara hürriyət, millətlərə istiqlal!

Toivo Klaar: "Aİ-nin Ermənistandakı monitorinq missiyası Laçın dəhlizinə getməyib"

Avropa İttifaqının (Aİ) Mülki Missiyasına məxsus patrulun Laçın dəhlizinə gedən yolu müşahidə etməsi ilə bağlı video yayılıb.

APA xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitterdə bildirib.

"Patrul o zaman Azərbaycan-Ermənistan sərhədindən təxminən 1,2 km aralıda nəzarət-buraxılış məntəqəsində idi. Missiya öz mandatına uyğun olaraq yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və dəhlizə daxil olmayıb", - deyə Klaar bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR