Onlayn ictimai-siyasi qəzet
ABŞ-da TIR sürücüsü işləyən məşhur aktyor Tolqa Karel övladlarına böyük miras qoyacağını açıqlayıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sosial media hesabındakı paylaşımı ilə diqqət çəkən aktyor övladlarının hər birinə 1 bitkoin miras qoyacağını deyib.
O, paylaşımında “İstəsələr 2030-cu ildə 1 milyon dollara sata bilərlər” qeyd edib:
"Övladlarımın hər birinə 1 bitkoin miras qoyacağam. Ən azından məni həmişə xatırlayacaq və dua edəcəklər".
Qeyd edək ki, 1978-ci ildə İstanbulda anadan olan Tolqa Karel Paris Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirərək aktyorluq karyerasına başlayıb. Rejissor Necati Aslanın çəkdiyi "Gece Şahinləri" filmi ilə sənətə ilk addımlarını atan Karel “Evdeki Yabancı”, “Yaprak Dökümü” kimi seriallarda uğurlu rolları ilə diqqət çəkib.
Aktyor 2011-ci ildə model Günay Musayeva ilə ailə qursa da, evlilikləri 2015-ci ildə bitib. Bu evlilikdən Cihangir adlı oğlu olan Karel daha sonra ABŞ-da məskunlaşmaq qərarına gəlib. 2016-cı ildə Sarah Skotti ilə ailə quran aktyor bu evlilikdən Mia Marqaret adlı qızı olub. O, ABŞ-da biznes qurmağa cəhd etsə də, hazırda TIR sürücüsü kimi çalışır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ