İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiqran Abramyandan iddia: Keçmiş təhsil nazirinə həbsdə işgəncə verilir

Ermənistan parlamenitində “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan keçmiş təhsil naziri, hazırda həbsdə olan Armen Aşotyana işgəncə verildiyini iddia edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

“Hakimiyyətin Armen Aşotyana qarşı alçaqlığı müxtəlif təzahürlərə malikdir. Bu, təkcə Armen Aşotyanın həbsinin daha iki ay uzadıldığı son məhkəmə qərarı ilə başlamır və bitmir. Ailə üzvləri ilə görüşlər məhdudlaşdırılıb, hətta deputatların da ziyarəti qadağandır. Aşotyanın karserdə olduğunu nəzərə alsaq, o zaman ona qarşı istifadə olunan alətlər barədə tam təsəvvür əldə etmiş olarıq”,-deyə o, bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR