Onlayn ictimai-siyasi qəzet
"TikTok"da elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ