İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”da 100 qadın haqqında saxta intim videolar hazırlayan Masallı sakini tutuldu

“TikTok” sosial şəbəkəsində vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan səhifə haqqında araşdırma başa çatıb.

Musavat.com xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “aydan.quluzadə” adlı profildən vətəndaşlar haqqında rüsvayedici məlumatlar paylaşan şəxs müəyyən edilib.

Həmin şəxs - 25 yaşlı H.Paşalı polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, inzibati qaydada 20 sutka həbs edilib. Masallı rayon sakini olan H.Paşalının bu əməli nəticəsində 100-dən çox qadın zərər çəkib. Həmin səhifə isə bir neçə gündür bağlanıb.

Xatırladaq ki, sosial şəbəkə istifadəçisi olan şəxslərin özəl fotoları (xüsusi ilə toy fotoları), videoları adı çəkilən səhifələrdə təhqiredici formada təqdim edilirdi.

Musavat.com bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirmişdi ki, qeyd edilən məsələ araşdırılır.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR