İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə etirazlardan sonra 224 nəfər həbs edildi – Gürcüstan DİN

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Tiflisdə keçirilən etiraz aksiyaları zamanı 224 nəfər inzibati qayda pozuntusuna görə həbs edilib.

Musavat.com xəbər verir ki, bundan əlavə, iki nəfər cinayət ittihamı ilə saxlanılıb. Onlardan biri parlament binasına od vurmaqda, digəri isə polis əməkdaşına hücum etməkdə ittiham olunur.

Daxili İşlər Nazirliyi bildirib ki, gecə baş verən qarşıdurmalar zamanı 21 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda istintaq davam edir və yeni məlumatlar dəqiqləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR