Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya partlayıcı maddələrin istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. Bununla da ölkə, artilleriya mərmiləri və digər silah növləri üçün ABŞ və Fransadan olan sursat tədarükündən asılılığına son qoymağa çalışır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Britaniyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərdə 155 mm-lik artilleriya mərmilərində istifadə olunan RDX partlayıcısının istehsalı üçün xüsusi nəqliyyat konteynerləri quraşdırılacaq.
Böyük Britaniyanın aparıcı hərbi sənaye şirkəti BAE Systems həmçinin üç yeni obyektin tikintisini planlaşdırır. Məqsəd — bu obyektlərdən hər hansı biri hücuma məruz qaldıqda belə layihənin davamlılığını təmin etmək və sistemin "dayanıqlığını" artırmaqdır.
"BAE Systems" şirkəti 2024-cü ilin yayına qədər 155 mm-lik mərmi istehsalını son iki ildə 16 dəfə artırmağı planlaşdırır.
“The Times” qeyd edir ki, "BAE Systems" partlayıcı maddələrin istehsalında son 50 ildə ən böyük texnoloji sıçrayış hesab edilən və dünyada bir ilk olan innovativ texnologiyadan istifadə edir. Şirkət bu texnologiyanı gələcəkdə digər ölkələrə də satmağı planlaşdırır.
Bu genişlənmə əsasən ABŞ-ın, xüsusilə də Donald Tramp dövründə, artıq etibarlı hərbi tərəfdaş hesab olunmaması ilə bağlıdır. Bu səbəbdən Britaniya öz hərbi təchizat zəncirini daxili imkanlar hesabına möhkəmləndirməyə çalışır.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ