İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzasından yeni görüntülər yayıldı - QORXUNC VİDEO

Delta Air Lines aviaşirkətinə məxsus təyyarənin Toronto Pearson Beynəlxalq Hava Limanında qəza enişi etdiyi və tərsinə çevrildiyi anın yeni görüntüləri yayılıb.

Musavat.com xarici mediaya əsasən xəbər verir ki, təyyarədəki 80 sərnişin və ekipaj üzvləri sağ qalıb və təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilsə də, ağır yaralanan olmayıb.

Rəsmilər fövqəladə xidmət əməkdaşlarının çevik müdaxiləsini və alovların yayılmasının qarşısını almaq üçün gördükləri tədbirləri yüksək qiymətləndiriblər. 

Hazırda araşdırmalar aparılır və mütəxəssislər təyyarənin necə qəza enişi edərək tərsinə çevrildiyini müəyyənləşdirməyə çalışırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR