İnsanlara hürriyət, millətlərə istiqlal!

Texasda miqrantların qarşısını alan maneənin ləğvi tələb edilir

ABŞ Ədliyyə Nazirliyi Meksika ilə sərhəddə Rio Qrande çayında miqrantların qarşısını almaq üçün istifadə edilən üzən maneənin quraşdırılması ilə əlaqədar Texas ştatına qarşı şikayət verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli məmurların bu cür hərəkətlərinin federal qanunları pozduğu bildirilib.

Ədliyyə departamenti Texas ştatının rayon məhkəməsinə verilən şikayət vasitəsilə “dövlətdən hasarların götürülməsini və onların tikintisini qadağan etməyi tələb etmək” niyyətindədir. “Texas, lazımi icazələri almadan Rio Qrande üzərində sədd çəkərək federal qanunu pozub”, - nazirliyin saytında dərc olunan bəyanatda deyilir.

Ədliyyə Nazirliyi hesab edir ki, üzən maneə həm də “gəmiçilik və ictimai təhlükəsizliyə təhlükə”, həm də “humanitar xarakterli problemlər” yaradır. Sənəddə deyilir ki, Meksika daha əvvəl üzən maneəyə diplomatik kanallar vasitəsilə etiraz edib və bu, federal hakimiyyətin fikrincə, “ABŞ-ın xarici siyasətinə zərər verə bilər”.

Şikayətdə deyilir ki, iyulun əvvəlində Texas hakimiyyəti ştatın cənubundakı Rio Qrande üzərindəki üzən maneənin - diametri bir metrdən çox olan bir-birinə bağlı şamandıraların quraşdırılmasına göstəriş verib. Texas qubernatoru Qreq Abbott, Meksika ilə sərhəddə daha çox maneələr tikmək planlarını, həmçinin tikanlı məftilləri uzatmaq niyyətini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR