İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçuların hədəfinə gələn icra başçısı kimdir?- DOSYE  

Xəbər verdiyimiz kimi DTX-nın keçirdiyi əməliyyat nəticəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib.

Bəs terrorçuların hədəfinə gələn Taleh Qaraşov kimdir?

Musavat.com icra başçısı ilə bağlı məlumatları təqdim edir:

Taleh Azay oğlu Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköcə kəndində anadan olub. O, 1996-cı ildən müxtəlif rayonların icra başçısı olub.

Taleh Qaraşov 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və politoloqdur.

1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Onu da qeyd edək ki, icra başçısının adı ötən ilin iyul ayında qardaşının ölümü ilə gündəmə gəlmişdi.
Həmin zaman ilk olaraq Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun Pirəköcə kəndində özünü güllələməklə intihar etməsi xəbəri yayıldı.
Daha sonra isə məlum oldu ki, Azər Qaraşov intihar etməyib, onu oğlu Azay Qaraşov güllələyib.
Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR