Onlayn ictimai-siyasi qəzet
Mobil baza, yoxsa Wİ-Fİ telefonun batareyanı qurtarır?
Yenisabah.az xəbər verir ki, məlumatların qəbulu və ötürülməsi üçün enerji tələb olunduğundan, batareya bu enerjini təmin edir və siqnal gücünü saxlamaq üçün daha çox güc tələb olunur. Buna görə də, siqnal gücü və antenaların yeri batareyanın ömrünə əhəmiyyətli dərəcədə təsir edə bilər.
Mobil baza stansiyaları ümumiyyətlə Wi-Fi provayderlərindən çox uzaqda yerləşir. Zəif mobil əhatə dairəsi olan ərazilərdə telefon zəif siqnal qəbul etdiyi üçün əlaqəni saxlamaqdan ötrü səylərini artırır. Təbii ki, bu, yüksək batareya istehlakına səbəb olur.
Wi-Fi mobil data ilə müqayisədə daha az batareya sərf edir. Çünki Wi-Fi provayderləri ümumiyyətlə 100-150 metr ərazilərdə yerləşir və bildirişlər, mesajlar və ya zənglər olmadıqda batareya istehlakı demək olar ki, sıfıra enir.
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ