İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telefon işlətməsinə icazə vermirdim, amma…” - 25 yaşlı Xumarın qətlinin səbəbi…

Sabunçuda 25 yaşlı Xumar Həsənlini qətlə yetirməkdə ittiham edilən əri Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisənin baş vermə səbəbi ər-arvad arasındakı qısqanclıq olub.

Musavat.com xəbər verir ki, Bəxtiyar Vəliyev yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə marketdən aldığı meyvə bıçağı ilə 11 zərbə vurub.

Xumar həm də Bəxtiyarın əmisi qızı olub. Onların evlilikdən iki azyaşlı övladları var imiş.

Qətlə yetirilən Xumar bir müddət imiş gözəllik salonunda çalışırmış. Ər-arvad arasındakı münasibətlər əvvəl normal olub. Bəxtiyar hadisədən 10 gün əvvəl arvadının başqa şəxslə münasibətinin olmasından şübhələnib.

“Mən ona telefon işlətməyə icazə vermirdim. Bir gün uşaq mənə dedi ki, anamın telefonu var. Mən də bundan şübhələndim. Başqa şəxslə danışdığını bildim. Hadisə günü uşaqlarla birlikdə Xumarı salondan götürüb evə gəldim. Uşaqlar maşından düşüb evə getdi. Xumardan telefonu alıb danışdığı şəxsin kim olduğunu soruşdum. Şəklini ona göstərdim. Həmin vaxt telefonda oğlanla əylənən yerdə çəkilən videosu da var idi. Xumar həyəcanlanıb heç nə deyə bilmədi. Maşından düşüb qaçanda arxasınca gedib çatdım. Neçə bıçaq vurduğumu xatırlamıram”, - deyə Bəxtiyar ifadəsində göstərib.

Onun sözlərinə görə, Xumarı vuranda uşaqlar yanında olmayıb.

Bəxtiyar əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR