İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələrin düşdüyü ağır qəzaya görə qərar verildi - Bir nəfər ölmüşdü

Ağstafa rayonunda ölümlə nəticələnən qəzaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qəzaya səbəb olan tələbəyə hökm oxunub.

Musavat.com xəbər verir ki, 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobillə Köçəsgər kəndi ərazisində qəza törətmişdi.

Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılması nəticəsində maşında olan sərnişinlər - 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nurəddin oğlu müxtəlif dərəcəli xəsarətlər almışdı.

Digər sərnişin 2005-ci il təvəllüdlü Məmmədov Murad Şəmistan oğlu isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişdi.

Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar. Eyni universitetdə təhsil alırmışlar.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Sənan Hüseynov ifadə verən zaman deyib ki, maşın atasına məxsus olub və etibarnamə ilə idarə edib. Hadisə vaxtı dostları ilə istirahətdən gəlirmişlər. Onun sözlərinə görə qəzaya səbəb maşını idarə edən zaman telefona baxması olub. Diqqəti yayındığı üçün maşın asflat yoldan çıxaraq yol kənarındakı qaz borusuna, sonra isə ağaclara çırpılıb. O, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Sənandan şikayətçi olmayıb. Mərhumun hüquqi varisi də Sənanı bağışlayıb.

Hökmə əsasən Sənan barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR