İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Bakı və İrəvana ŞOK HƏDƏ: Zəngəzur Trampın əsgərləri üçün MƏZARLIQ olacaq - CANLI

İran parlamentinin sədr müavini Əli Nikzad Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, bu layihə sülh üçün deyil, müharibə məqsədi ilə nəzərdə tutulub.
O, ABŞ prezidentinin 13 min kilometr uzaqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb, tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb.
Musavat.com-un Fars News-a istinadən məlumatına görə, Zəngəzur dəhlizi 2027-ci ilə qədər tərəfdaş ölkələrə ildə 50–100 milyard dollar ticarət gəliri gətirəcək. Ermənistan və Azərbaycan liderləri Ağ Evdə bu barədə birgə bəyanat imzalayıblar.
Qeyd olunub ki, ABŞ bu dəhlizi beynəlxalq sülh və firavanlığa aparan yol kimi təqdim edir. Ermənistan isə Amerikaya Zəngəzur dəhlizindəki torpaqlardan 99 illik eksklüziv istifadə hüququ verib.
İranın Xarici İşlər Naziri Abbas Əraqçi Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlərlə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Tehran hər iki ölkə ilə intensiv diplomatik təmaslar qurur.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, sabah Ermənistanın Xarici İşlər Naziri onunla birbaşa əlaqə saxlayacaq, yaxın günlərdə isə Baş nazir Nikol Paşinyan da İran tərəfi ilə təmaslar qurmağı planlaşdırır. Gələn həftənin çərşənbə axşamı isə Ermənistan XİN rəhbərinin müavini Tehrana səfər edəcək.
Abbas Əraqçi “Zəngəzur dəhlizi” məsələsinə də toxunaraq bildirib ki, “koridor” ideyası tamamilə təxirə salınıb və söhbət yalnız Ermənistan ərazisində inşa olunacaq tranzit yoldan gedir:
“Layihə Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində icra olunacaq. İnşaat işlərini isə Ermənistanda qeydiyyatdan keçmiş, həmin ölkənin qanunlarına əsasən fəaliyyət göstərən amerika-erməni şirkəti həyata keçirəcək”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən biri – KOS-in komandir müavini, general Yadulla Cavani Azərbaycan və Ermənistanı sərt bəyanatlarla hədələyib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə “Ukrayna kimi səhvə yol verib” və bu, onların gələcəyinə ağır nəticələr gətirə bilər:
“Əliyev və Paşinyan eyni səhvi etdilər ki, bundan əvvəl Zelenski etmişdi; bu səhv onların ölkələrinə oxşar nəticələr gətirə bilər”.
General bildirib ki, İran sərhədində ABŞ-ın dəstəyi ilə “Tramp yolu” adlandırılan kommunikasiya xəttinin açılmasına imkan verilməyəcək:
“ABŞ-ın Qafqaza girməsinə Rusiya, İran və Çin qarşı duracaq, Qafqaz isə Trampın muzdlu əsgərlərinin məzarlığı olacaq”.
Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq “Zəngəzur dəhlizi” məsələsinə münasibət bildirib və ölkəsinin mövqeyini ətraflı izah edib. Jurnalistlərin suallarını cavablandıran Pezeşkian xəbərlərdə yayılan iddiaların həqiqəti tam əks etdirmədiyini deyib:

“Hadisələr xəbərlərdə göstərildiyi kimi deyil. İslam Respublikası ilə bağlı bu marşrutla əlaqədar tələblər nəzərə alınıb. Ərazi bütövlüyü ilə bağlı məsələlər və bizim Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması təmin olunub”.
Prezident, ABŞ-ın prosesdə iştirakı ilə bağlı narahatlıqlar barədə suala isə belə cavab verib: “Bu məsələlərdən biridir. Tək narahatlıq odur ki, bu marşrut amerikalı və erməni şirkətləri tərəfindən inşa ediləcək”.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR