İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Trampın məktubuna cavab verəcək: İran tələsmir

İran Trampın ali lider Ayətullah Əli Xameneiyə ünvanladığı məktuba "hərtərəfli araşdırmadan sonra" cavab verəcək.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai açıqlama verib.

Onun sözlərinə görə, məktubun əsas tezisləri Trampın açıq çıxışlarından elə də fərqlənmir:

"Bizdə məktubu dərc etmək üçün əsas yoxdur. Mediaya yayılan məlumatlar yalnız fərziyyələrdir və heç bir real fakta söykənmir", – deyə diplomat bildirib.

Qeyd edək ki, ötən həftə BƏƏ prezidentinin diplomatik müşaviri Anvar Qarqaş məktubu İran XİN rəhbəri Abbas Araqçıyə təqdim edib. Məktubun məzmunu hələ də rəsmi şəkildə açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR