İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Ermənistanı Azərbaycan türkü Pezeşkianın qolları ilə qucaqladı - İLGİNC VİDEO

Paşinyan Pezeşkianı İrəvanda farsca qarşıladı – rəsmi mərasim və pərdəarxası mesajlar

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfərə gəlib. İrəvanda keçirilən qəbul mərasimində Ermənistan baş naziri Nikol Paşinyan qonağı fars dilində salamlayıb və bu an protokol görüntülərinə xüsusi rəng qatıb. Daha sonra hərbi orkestrin iştirakı ilə rəsmi qarşılanma mərasimi baş tutub, ardınca liderlərin qapalı görüşü başlayıb.

Rəsmi məlumata görə, şəxsi görüşdən sonra tərəflərin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli iclas keçiriləcək və yekunda Paşinyanla Pezeşkian mətbuat üçün bəyanat verəcəklər.

Pezeşkianın etnik mənşəyi Azərbaycan türkü olsa da, onun səfəri İrəvanda tamam başqa simvolika ilə qarşılanır. Qədim Azərbaycan şəhəri İrəvanın işğalçı Ermənistanın paytaxtı kimi Pezeşkian tərəfindən ziyarət olunması ictimaiyyətimizdə ikili hisslər doğurur. Bir tərəfdən Azərbaycan əsilli bir şəxsin prezident səviyyəsində çıxış etməsi diqqət çəkir, digər tərəfdən isə bu, Ermənistanla dostluq mesajı verən İranın növbəti addımı kimi qəbul edilir.

İran rejimi uzun illərdir İsrail məsələsində Azərbaycana sərt ritorika nümayiş etdirsə də, özü real siyasətdə Ermənistanla yaxınlıqdan əl çəkməyib. İndi isə, hətta azərbaycanlı Pezeşkianın prezidentliyi dövründə də Tehran İrəvana isti münasibətini saxlayır.

Daha da maraqlısı odur ki, İran, Ermənistanın sərhədinə ABŞ hərbçilərinin gətirilməsinə və Zəngəzur dəhlizini "Tramp yolu"na çevirməsinə loyal yanaşır, ciddi etiraz səsi qaldırmır. Halbuki bu addımlar həm İranın, həm də Azərbaycanın milli təhlükəsizliyi üçün strateji önəm daşıyır.

Azərbaycan üçün əsas məsələ odur ki, İrəvanda verilən bu mesajlar bir daha göstərir: İran – Ermənistan münasibətlərində dostluq jestləri Bakının maraqları çərçivəsində deyil, hətta hər zamankı kimi, bu maraqlara qarşıdır. Tehran hər nə olsa da, İrəvanla münasibətləri mehriban saxlayır, Ermənistanı Azərbaycana qarşı qoymağa çalışır; rəsmi Bakı ilə isə davamlı gərginlik xətti aparır.

Görünən budur ki, prezident Pezeşkianın azərbaycanlı olması faktı da bu siyasətin mahiyyətini dəyişmir. Çünki burada bir nəfərin milli kimliyindən daha çox molla rejiminin siyasi xətti ön plana çıxır.

Bizi İsraillə münasibət qurmaqda suçlayan Tehran polittexnoloqları hər fürsətdə Ermənistanı bağrına basır.

Bu dafə isə soydaşımız Məsud Pezeşkianın qolları ilə...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR