İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yerin nüvəsindən QIZIL AXIB səthə çıxır - SENSASİON FOTOLAR

Alimlər Yerin nüvəsində böyük qızıl və qiymətli metal ehtiyatlarının olduğunu və bu maddələrin mantiya vasitəsilə səthə sızdığını aşkar ediblər.

Musavat.com xəbər verir ki, almaniyalı alimlərin apardığı araşdırmaya görə, Havay adalarında vulkanik süxurlarda aparılan izotop analizləri nəticəsində nüvədən olan izlər aşkar edilib. Xüsusilə, rutenium-100 izotopunun sıxlığı bu metalların Yerin nüvəsində yarandığını göstərir.

Tədqiqatçı Nils Messling bildirib ki, ilk məlumatlar daxil olanda sözün əsl mənasında qızıl aşkarladıqlarını başa düşüblər.

Mütəxəssislər adətən aşkar edilə bilməyəcək qədər kiçik olan izotop fərqlərini aşkar edə bilən yeni analiz texnikası hazırlayıblar. Bu, səthdəki rutenium ilə nüvədəki rutenium arasındakı fərqi ilk dəfə aydın şəkildə ölçməyə imkan verib.

Tədqiqatda iştirak edən başqa bir elm adamı Prof. Matthias Willbold deyib: “Yerin nüvəsi düşünüldüyü kimi təcrid olunmuş bir quruluş deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR