Onlayn ictimai-siyasi qəzet
"Suriyanın şimalındakı kürd qüvvələri tərksilah olunmaqdan imtina edərsə, Türkiyə bölgəyə hərbi müdaxilə edə bilər".
Teleqraf xəbər verir ki, bu iddianı "Hürriyət" qəzeti irəli sürüb.
Nəşr yazır ki, rəsmi Ankara sözügedən məsələ ilə bağlı bir neçə ssenari hazırlayıb.
Qeyd olunub ki, PKK terror təşkilatının qolu hesab etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasının lideri Mazlum Abdi keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə martda imzalanmış sazişin şərtlərini yerinə yetirmir:
"Razılaşmaya görə, kürd döyüşçüləri keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməli idi. Suriyada qeyri-sabitlik fonunda qüvvələr silahlarını təhvil verməyəcək. Türkiyənin müxtəlif risklərlə bağlı fəaliyyət planları var. Suriyanın parçalanmasına və bölgənin (şimalda) SDG/PKK/YPG-nin nəzarətinə keçməsinə imkan verilməyəcək. Əgər gösləntilər nəticə verməsə və QSD/PKK/YPG tərksilah yolu ilə getməsə, hərbi variantdan istifadə olunacaq".
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ