İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Hindistan Ermənistanda HƏRBİ BAZA yartamaq istəyir

“Hindistanın Ermənistanda hərbi hava bazası yaratmasının vaxtı gəlib çatıb”.

Musavat.com xəbər verir ki, bunu “Hindistan-Ermənistan Dostluğu” Cəmiyyətinin rəhbəri Ranancay Anand deyib.

O bildirib ki, Ermənistanda Hindistanın hərbi-hava bazasının yaradılması iki ölkə arasında qarşılıqlı mənfəətə əsaslanan strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilə bilər.

Bundan başqa, Anand Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına baş tutan səfərinə, səfər çərçivəsində Ərdoğanın Zəngəzur dəhlizinin açılmasına təkan verə biləcəyinə diqqət çəkib, bunu Hindistan üçün "pis xəbər" adlandırıb.

“Çünki Ərdoğan Kəşmirin qapılarına qədər türk yolunu aktivləşdirməyi hədəfləyir. Ermənistanda Hindistan hərbi hava bazası haqqında düşünməyin vaxtıdır”, - o bildirib.

1145546_3.jpg (45 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR