İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Hərbi ekspert anons verdi: Xocalı, Xankəndi yaxın müddətdə... - DETALLAR

Bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində sabitlik hökm sürür. 

Musavat.com xəbər verir ki, tanınmış hərbi ekspert Alp Arslan İmamqulu bu sabitliyi Laçın, Zabux və Susun boşaldılması ilə əlaqələndirir.

Onun sözlərinə görə, Laçın, Zabux və Susun boşaldılması öhdəliyinin yerinə yetirilməsi ərzində təbii ki, bir müddət gözləməyə ehtiyac olacaq: 

b7f96ef10d5cf963030c9c55bcc4b2e2.jpg (82 KB)

"Düşünürəm ki, mövcud səssizlik bununla əlaqəlidir. Bundan başqa, Azərbaycan ordusunun icra etdiyi antiterror əməliyyatı düşmənə ciddi mənada növbəti xatırlatma oldu. Onlar artıq fərqindədirlər ki, atəşkəsin pozulması və yaxud terror əməlinin nəticəsi növbəti bir antiterror əməliyyatı ilə yekunlaşa bilər. Bu səbəbdən qarşı tərəf, xüsusən də ərazilərimizdə mövcud olan terrorçu qüvvələr artıq fərqindədirlər ki, Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd hər hansı bir davranış sərgiləmənin adekvat və sərt cavabları olacaq. Bu gün ərazilərimizin təmizlənməsi prosesi mütəşəkkil şəkildə davam etməkdədir. Bu, azad olunmuş torpaqlarımızın tam zərərsizləşdirilməsinə qədər davam edəcək. Ermənistanın, o cümlədən onun ərazilərimizdə qalmış terrorçu tör-töküntülərinin davamlı revanşist fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, Azərbaycanın bundan sonra həyata keçirəcəyi bir çox antiterror əməliyyatları olacaq. Bu, ən azından sərhədlərimizin delimitasiya prosesinin tam yekunlaşmasına qədər davam edəcək. Növbəti mərhələlərdə də düşmənin tam olaraq bizimlə hər hansı bir razılaşmaya gəlməsi və öz əməllərindən əl çəkməsi ehtimalını gözləmək sadəlövhlük olardı".

2cf5caaa-8981-37db-8526-80f66316bae8_850.jpg (147 KB)

"Bəs İrəvanda vəziyyət necədir" sualına hərbi ekspertin cavabı belə olub:

"Ermənistanın bünövrəsini qoyan terrorçu qruplar arasında bir çəkişmə var. Bu çəkişmələr də özünü İrəvan küçələrində göstərir və göstərəcək. "Sürməli" bazarındakı partlayış terror əməli idi. Mənşə etibarilə terrorizmdə iştirak etmiş şəxslərin qurduğu bir dövlətdən başqa gözlənti ola bilməz. Gələcəkdə bu cür terror aksiyalarının keçirilməsi Ermənistanın daxili problemi olsa da, onun regiona da sıçrama ehtimalı var. Belə olan halda Azərbaycan öz ərazi bütövlüyü, təhlükəsizliyi adına sərhədlərdən kənarda da antiterror əməliyyatlarına hazır olmalıdır. Xüsusən də o ərazilər ki, bizim də orada yaşayan insanlar qədər haqqımız var. Əgər Ermənistanın daxili təhlükəsizliyinə qarşı, o cümlədən regiondakı sülhə zərər verə biləcək terror əməlləri baş verərsə, Azərbaycan o prosesin qarşısının alınmasında, sülhün təmin olunmasında antiterror əməliyyatlarının iştirakçısı kimi çıxış etməyə hazırdır".

f776b66c-b82f-3054-a545-cacdc024cc3a_850.jpeg (99 KB)

Alp Arslan İmamqulu Laçın, Zabux və Sus yaşayış məntəqələrinin boşaldılmasından da danışıb:

"Həmin ərazilər artıq boşaldılmış sayılır. Gələcəkdə də boşaldılmalı ərazilərimiz var - keçmiş Ağdərə, Xocalı, Xankəndi və bir sıra strateji əhəmiyyətli ərazilərimizin tam olaraq terrorçulardan təmizlənəcəyi gün yaxındır. Amma növbəti icraatlarda onlara imtiyaz kimi vaxt tanımaq olmaz. Çünki baxmayaraq ki, terrorçu qüvvələr o ərazilərdən təmizlənir, onlar öz yerlərinə minalanmış sahələr buraxırlar. Bu sahələrin təmizlənməsi çox çətin və uzun illər tələb edən bir prosesdir. Xüsusən də minaların professional xəritələrlə basdırılmaması düzəldilməsi mümkünsüz fəsadlar ortaya çıxarmaqdadır. Ermənilərin Laçını tərk edərkən evləri yandırması, meşələrə od vurması ekoloji terrordur.

2f5bbeb5-6a8f-338a-a02a-880e7f0338a3_850.jpg (88 KB)

İstifadə edilə biləcək əsas yolların minalanması beynəlxalq konvensiyalara zidd davranışdır. Onlar buna görə öhdəlik daşıyırlar. Növbəti boşaldılacaq ərazilərə vaxt tanınmamalıdır, dərhal boşaldılması tələb edilməlidir. Əks halda insanlarımız zərər görəcək".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR