İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginlik və risk artır - ABŞ müharibəyə qoşula bilər

ABŞ donanmasının Yəməndən İsrailə atılan raketləri vurması ABŞ-ın Fələstin-İsrail müharibəsində də iştirak etdiyi regional müharibə ilə bağlı narahatlıqları artırıb.

Musavat.com xəbər verir ki, bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ İsraili qorumaq üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan gəmi göndərib və qoşunlarına “hazır ol” əmri verib.

İki ABŞ rəsmisi Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin dünən Yəməndən atılan çoxsaylı raketləri aşkar edərək dayandırdığını açıqlayıb.

Pentaqonun sözçüsü General Pat Rayder raketlərin İranın dəstəklədiyi Husi qüvvələri tərəfindən Yəməndən buraxıldığını deyib:

“Hazırda bu raketlərin və pilotsuz uçuş aparatlarının nəyi hədəf aldığını dəqiq deyə bilmərik, lakin onlar Yəməndən şimala doğru atılıb"

Hadisənin İran lideri Ayətullah Əli Xameneinin “İsrailin hücumları davam edərsə, müqavimət qüvvələri hərəkətə keçəcək” deməsindən sonra baş verməsi diqqət çəkib. İsrail-Livan sərhədində gərginlik artsa da, husilərin Yəmənə qarışması və ABŞ-ın reaksiyası regional müharibə riskini yenidən gündəmə gətirib.

Pentaqonun sözçüsü Rayder vurğulayıb ki, son insident ABŞ-ın İsraili və onun bölgədəki müttəfiqlərini qoruyacağı mesajını verir.

ABŞ mətbuatı bunun müharibənin gələcəkdə ABŞ-ı da əhatə edəcək şəkildə böyüyəcəyinə işarə olduğunu şərh edib. "Time" jurnalı Fələstin-İsrail müharibəsinin regional müharibəyə çevriləcəyi təqdirdə ABŞ-ın da bu işə qarışa biləcəyini yazıb.

Xəbərdə qeyd olunub ki, Livandakı Hizbullah təşkilatı və İranın dəstəklədiyi digər regional güclər İsrailə hücum edərsə, ABŞ prezidenti Co Bayden müharibəyə nə dərəcədə qarışacağına qərar verməli olacaq.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR