İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Çox sayda ölən var - Dəniz əməliyyatının ŞOK GÖRÜNTÜLƏRİ

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən dənizdən İsrailə sızmağa cəhd edib.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı görüntülərə əsasən, İsrail qüvvələri Əl-Qəssam Briqadaları ilə toqquşub və qumbaraatanlardan istifadə edib.

İsrail ordusunun münaqişə ilə bağlı verdiyi açıqlamada bildirilir:

“İsrail Hərbi Dəniz Qüvvələrinin Snapir birliyi dəniz yolu ilə İsrailə sızmaq üçün sahil xəttinə doğru gələn terrorçulara atəş açıb”.

İDF iddia edir ki, HƏMAS silahlıları qayıqlarının vurulmasından sonra sahilə doğru üzməyə cəhd ediblər.

“Əsgərlər çox sayda terrorçunun sahil zolağına çatmasının qarşısını alaraq zərərsizləşdiriblər” - məlumatda qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR