İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu ölkə ÇALXALANIR - 800 min insan AYAĞA QALXDI

Argentina hökumətinin təhsil sahəsində islahatlarına qarşı çıxan 800 minə yaxın insan Buenos-Ayresdə etiraz yürüşünə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Pagina12" məlumat yayıb.

Argentina Universitet Müəllimləri Federasiyasının baş katibi Karlos de Feonun sözlərinə görə, ölkədə keçirilən etiraz aksiyalarında bir milyondan çox argentinalı iştirak edib.

Etirazçılar ölkədə pulsuz ali təhsilin saxlanmasını tələb edərək, təhsil sisteminə dövlət tərəfindən ayrılan vəsaitin azaldılmasına qarşı çıxıblar.

Aprelin 11-də Argentinanın paytaxtında iqtisadi islahatlara qarşı dinc yürüş iğtişaşlar və həbslərlə başa çatıb. Nümayişçilər prezident Xavyer Milinin şok tədbirləri ilə razılaşmadıqlarını bildirərək şəhərin əsas küçəsini bağlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR