İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq

Bu gün Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Məlumata görə bu münasibətlə təntənəli tədbir mərasimi keçiriləcək.

Qeyd edək ki, mərkəz Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da yaradılıb. Sülhməramlıların ərazini tərk etməsindən sonra Monitorinq mərkəzinin işinə ehtiyac qalmadığı bildirilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR