Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi qitədə müdafiə potensialının artırılması üçün yeni strategiya hazırlanmasına qərar veriblər.
Musavat.com xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Kosta Brüsseldə keçirilən qeyri-rəsmi sammitdən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
Kosta bildirib ki, Avropa Komissiyası yaxın aylarda müdafiə sahəsində xərclərin artırılması və daha effektiv idarə olunması ilə bağlı təkliflər hazırlayıb təqdim edəcək.
Sözügedən sənəd iyun ayında təşkil olunacaq sammitdə liderlərin müzakirəsinə çıxarılacaq.
“Üzv dövlətlər müdafiəyə daha çox maliyyə ayırmağın və bu vəsaitlərin səmərəli istifadə edilməsinin zəruri olduğunu qəbul ediblər,” - deyə, Kosta vurğulayıb.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ