İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ və Fransanın ŞOK ZƏNGƏZUR PLANI - Qarabağda hərbi baza yaradılır?

Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinə mane olmayan Amerika və Fransa Ermənistanla hərbi əməkdaşlıq çərçivəsində bölgədə hərbi baza yaratmağa çalışır. Bundan başqa, iki ölkə Zəngəzurda konsulluq açmaq və marşrutu nəzarətdə saxlamaq arzusundadır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Yeni Akit" nəşri yazıb.

Məqalədə qeyd olunub ki, qərbli fitnəkarlar Ermənistanın uduzduğu İkinci Qarabağ müharibəsindən sonra bağlanan müqavilənin ən mühüm maddələrindən biri olan Zəngəzur dəhlizi məsələsinə əngəl olmaq istəyir:

"Amerika və Fransa İrəvanla əməkdaşlıq bəhanəsi ilə Paşinyanı regionda hərbi baza yaratmağa razı salmağa çalışır. Eyni zamanda Paşinyanı devirmək və Ermənistanda böhran yaratmaq, razılaşmanı pozaraq dəhlizin açılması məsələsinə son qoymaq cəhdləri nəticə vermir. ABŞ prezidenti Co Bayden bu məsələ ilə bağlı Paşinyana məktub yazıb, yardım adı ilə niyyətini ortaya qoysa da, İrəvan hələ dəqiq cavab verməyib. Lakin Rusiya ABŞ-ın bölgəyə gəlməsinin əleyhinə olduğunu bəyan edərək Ermənistana xəbərdarlıq edib".

Nəşr yazır ki, fitnəkar Fransa da Türkiyənin təsirini azaltmaq üçün bölgədə hərbi baza yaratmağı təklif edərək Paşinyanı razı salmağa çalışır:

"İki ölkə Zəngəzurda konsulluq açmaq niyyəti barədə İrəvanı da məlumatlandırıb. Beləliklə, İran və Rusiyadan sonra Zəngəzurda konsulluq açmağı planlaşdıran yeni ölkələr ABŞ və Fransa oldu. Fransanın xarici işlər naziri Ketrin Kolonna 2023-cü il sentyabrın 26-da Fransanın “Ermənistanın ərazi bütövlüyünə dəstək əlaməti olaraq” İrəvana hərbi attaşe göndərdiyini və Zəngəzurda konsulluq açmağı istədiklərini açıqlayıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR