İnsanlara hürriyət, millətlərə istiqlal!

’Technest’’ Təqaüd Proqramı yeni tədris ilinə start verir

Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq çərçivəsində 30 gənc 3D Dizayn, UX/UI Dizayn və Peşakar UX/UI ixtisaslarında 70%, 90% və 100% təqaüdlə təhsil ala biləcək.

Musavat.com xəbər verir ki,  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbul açıq elan edilir. Agentlik dövlət-özəl əməkdaşlığı çərçivəsində Bakı Dizayn Akademiyası ilə birgə gənclərə 3D Dizayn, UX/UI Dizayn və Peşəkar UX/UI ixtisasları üzrə tam və qismən təqaüdlə təhsil almaq fürsətini yaradır.

Qeyd edək ki, dərslər həm yerli, həm də regionun aparıcı mütəxəssisləri tərəfindən tədris olunacaq. Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 30 avqust 2022-ci ildir. Müvafiq elektron keçidə daxil olmaqla kurslar və qeydiyyat haqqında ətraflı məlumat əldə etmək olar.  https://bda.edu.az/teqaud-proqrami.
Sözügedən təqaüd proqramı ilə bağlı Agentliyin ‘’Səriştə və Bacarıqların inkişafı proqramları’’ departamentinin rəhbəri Elnarə Əlizadə bildirib: ‘Çox sevindiricidir ki, Technest çərçivəsində təhsil tərəfdaşlarımızın sayı artmaqdadır.  Yeni tədris ilinə Bakı Dizayn Akademiyası ilə birgə start veririk. Ənənəvi yanaşmadan fərqli olaraq yeni tədris ilində tələbələrə tam  və qismən təqaüdlərin ayrılması nəzərdə tutulur. Bu format müraciət edənlər arasında sağlam rəqabətin formalaşmasına böyük təkan verəcək. Ümumilikdə 30 nəfər qalib seçilərək Bakı Dizayn Akademiyasında təhsil almaq fürsəti əldə edəcək.  İmtahan mərhələlərinin nəticəsindən asılı olaraq 30 tələbədən 6-sı 100%, 15-i 90%, 9-u isə 70% təqaüd əldə edə biləcək’’.

Qeyd edək ki, "Technest’’ Təqaüd Proqramı 2021-ci ildən etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. 2022-ci ilin sonuna kimi  “Technest” çərçivəsində 1500 gəncin bulud həlləri, bulud inzibatçılığı, böyük məlumatlar bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” və 3D dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı əsasında “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “IKT Lab”,  “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi və Bakı Dizayn Akademiyası ilə yaxından əməkdaşlıq edir. Eyni zamanda, Bakı Dizayn Akademiyası ‘’Adobe’’, ‘’Autodesk’’, ‘’PMI’’ və ‘’Unity’’ kimi dünya nəhənglərinin Azərbaycanda rəsmi distribütorudur. Akademiyada tədris proqramları bu şirkətlərinin dəstəyi ilə hazırlanır və beynəlxalq səviyyədə təsdiqlənmiş materiallardan ibarətdir. Təlimçilər arasında isə ‘’Figma’’nın Azərbaycandakı rəsmi nümayəndəsi və ‘’Adobe Certified Professional’’ sertifikatlı təlimçilər yer alır. ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində dizayn dərsləri tanınmış yerli peşəkarlarla birgə, qlobal sahə mütəxəssisləri tərəfindən də aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR