İnsanlara hürriyət, millətlərə istiqlal!

TDT Baş katibi Danimarka səfiri ilə iqtisadi məsələləri müzakirə edib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan ilə iqtisadi, ticarət və nəqliyyat sahələrini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

“Görüş zamanı Baş katib Ömuralıyev və səfir Annan TDT çərçivəsində xüsusilə iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində həyata keçirilən tədbirləri müzakirə ediblər. Tərəflər həmçinin regionda və qlobal miqyasda baş verən son siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”, – mətbuat xidmətinin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, görüş İstanbuldakı Katiblik binasında baş tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR