İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan Bundestaq sədrini adaya çağırır

Tayvanın Almaniyadakı nümayəndəsi Se Çjivey materik Çinlə gərginlik fonunda Bundestaqın (Almaniya parlamenti) nümayəndə heyətini adaya səfərə dəvət edib.

Musavat.com xəbər verir ki, o, bu barədə cümə axşamı “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib.

“Tayvana səyahət qadağaları aradan qalxmalıdır. Mən parlament sədri Berbel Basın başçılıq etdiyi Bundestaq nümayəndə heyətinin Tayvana gəlməsini təklif edirəm. Bu, xalqı təmsil edən və hökumətə tabe olmayan müstəqil qanunverici dövlət orqanı kimi Bundestaqa edilən çağırışdır”, - deyə tayvanlı diplomat qeyd edib.

Se Çjivey hazırkı situasiyanı 1996-cı ildən bu yana hərbi münaqişənin baş verməsi üçün ən təhlükəli vəziyyət kimi təsvir edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR