İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tarixi abidələrin qorunması hər zaman aktualdır”

“Qədim insan məskənləri ilə biz ilkin insanların necə yaşadığını müəyyənləşdirə bilərik. Ona görə onların qorunması olduqca vacibdir”.

Musavat.com xəbər verir ki, bu sözləri UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar üzrə direktoru Krista Pikkat Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfransda deyib.


“Kəskin hava şəraitləri, iqlim dəyişiklikləri, təbiət hadisələri zamanı qədim irsi qorumaq lazımdır. Bunun üçün atılan addımlar vacibdir. Tarixi abidələrin qorunması hər zaman aktual olan mövzudur.

Bugünki konfrans Azərbaycan rəhbərliyinin atdığı önəmli addımlardan biridir. Bu konfrans imkan verir ki, öz təcrübələrinizi bir-birimizlə bölüşək və onları öyrənək”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR