Onlayn ictimai-siyasi qəzet
Tanınmış ukraynalı musiqiçi Yuri Melofon müharibədə həlak olub. Hadisə dekabrın 2-də döyüş tapşırığını yerinə yetirərkən baş verib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, kədərli xəbəri bu gün musiqiçi ilə birgə çalışan müğənni Lavika (Lyubov Yunak) öz Instagram hesabında paylaşıb.
“Biz 2012-ci ildən tanışıq və onunla birlikdə Lavikanın mahnılarına remikslər hazırlamışıq. Həmin mahnılar ürəkləri fəth edirdi. Siz onları yəqin ki, eşitmisiniz və bilirsiniz, amma onun hazırladığını bilmirsiniz, çünki kliplərdə mən idim. Müharibənin əvvəlində Yuri dostlar arasında ilk olaraq mənə yazdı və könüllülük üçün nə lazım olduğunu soruşdu. O, Odessada yaşayırdı”, – deyə müğənni yazıb.
O, Yuri Melofonun neçə yaşında olduğunu qeyd etməsə də, onun çox mərhəmətli insan olduğunu vurğulayıb:
“Son mesajı mənə ad günü təbriki idi. Ondan sonra o, vəsait toplamaqla məşğul idi və biz buna nail olduq. Amma indi o yoxdur. Oğlu var, ailəsi var...”.
Qeyd edək ki, Yuri Melofon "Moon Records" leybllının musiqiçisi idi. O, həmçinin öz musiqilərini bəstələyir və ukraynalı sənətçilərlə əməkdaşlıq edirdi.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ