İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist işindən ayrıldı - "Orada qalmağım mümkün deyildi..."

Tanınmış jurnalist İlham Məmmədzadə “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Musavat.com xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

"Son günlər Yeni Klinika ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram. "Yeni Klinika"nın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım. Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm.
Yaxın günlərdə yeni ünvanda görüşənədək....",- deyə İ.Məmmədzadə qeyd edib.

Qeyd edək ki, bu günlərdə "Yeni Klinika" daha bir qalmaqalla gündəmə gəlib. Belə ki, sözü gedən klinikanın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.

Musavat.com

1691050563_202606983_4141094085984110_8640818909283990824_n.jpg (200 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR