İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aparıcı İTV-dən getdi

Tanınmış aparıcı, jurnalist Kəmalə Əlisgəndər qızı İTV-dəki işindən ayrılıb.

Musavat.com Pravda.az-a istinadən xəbər verir ki, o, 2018-ci ildən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2018-2019-cu illərdə “Ana xəbər” buraxılışının aparıcısı kimi efirə çıxıb.

Kəmalə Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, “İç xəbər”, “Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR