İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tamaşaçı bunlardan bezib hər şeyin sərhəddi var"

"Qadın həmrəyliyi bir yana, mən heç kişiyə qarşıda belə etmərəm. Hamımız valideynik. Hər şeyin sərhəddi var, çərçivəni keçmək olmaz".

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib. O, reytinq xatirinə proqramında şou yaratmağı sevmədiyini deyib:

"Bəzi telekanallarda sərhəddi ola bilsin ki, keçirlər. Deyirlər, nə yaxşı bunu etdim. Keçdi o dövrlər. Reytinq xatirinə nəsə etmək olar. Amma mən reytinqə görə kimlərisə itirmək istəmirəm. Tamaşaçı bezib: filankəsin ayağı belə oldu, onun əri hardadı, niyə bu bu elə oldu. İnsanlar bunlardan doyub. Biz verilişlə istirahət edirik. Burada neqativ heç nə ola bilməz, balansı qorumağa çalışırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR