Onlayn ictimai-siyasi qəzet
Tailand Silahlı Qüvvələri Kamboca ilə sərhəddə mübahisəli ərazi olan Phu Ma Kua zirvəsinə tam nəzarəti ələ keçirib.
Bu barədə “Report” Tailandın “The Nation” nəşrinə istinadən xəbər verib.
Tailand Kral Ordusu (RTATrend) sosial şəbəkələrdə bildirib ki, Kamboca qoşunlarının ərazini geri almaq cəhdi dəf edilib. Davam edən hücumlara baxmayaraq, Tailand qüvvələri mövqelərini qoruyub saxlayıblar.
Səhər saatlarında ordu Phu Ma Kuada vəziyyətin tam sabitləşdiyini bildirib.
"Biz heç kimə ərazimizə müdaxilə etməyə imkan verməyəcəyik", - bəyanatda deyilir.
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ