İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “Bu işlərə dövlət büdcəsindən 4.3 milyard manat vəsait xərclənib”

Milli Məclisdə, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşunun müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

Musavat.com bildirir ki, komitə rəhbəri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edildiyini açıqlayıb: “Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub. Qanun layihəsi və hesabat tərəfimizdən Hesablama Palatasına rəy üçün təqdim edilmiş və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib. Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən Hesablama Palatasının rəyinə yazılmış şərhlər komitə üzvlərinə təqdim edilib. 2022-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadisiyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub”.

T.Mirkişili bildirib ki, təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may 2023-ci il tarixli iclasında ətraflı müzakirə edilib: “İclasda Maliyyə və İqtisadiyyat nazirlikləri, Hesablama Palatası, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2022-ci ilin makro iqtisadi göstəriciləri ətraflı müzakirə edilib. 2022-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı il kimi düşüb. Məhz bu ildə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilmiş, Zəgilan Beynəlxalq Hava Limanı açılıb, Laçın şəhəri nəzarətimizə keçmiş, Laçın koridorunun marşrutu dəyişdirilmiş, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Qeyd edim ki, bu işlərin aparılması üçün hesabat ilində Dövlət Büdcəsindən 4.3 milyard manat vəsait xərclənib”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR