İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli canlı yayında kövrəldi: “Bu əllərimlə meyitləri məscidə yığmışam” - VİDEO

“Xocalı və digər faciələrin səbəbkarları cəzalandırılmalı, onlarla bağlı məhkəmə getməlidir, amma getməyib”.

Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində deputat Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, 31 ildir yüzlərlə cinayət işi açılıb, zərərçəkənlər dindirilib, amma məhkəmə prosesi yoxdur: “O canilərin də məhkəmə qərarı ilə ölkəyə gətirilməsi təmin olunmalıdır. Xocalı hadisəsini eşidən kimi dərhal Ağdama yola düşdüm. O vaxt deputat idim. Cəmi iki nəfər yanımda idi. Mən o qədər təsir altındayam ki... Şahidlik etmişəm. Bu əllərimlə “samosvalt”dan meyidləri məscidə yığanlardan biri də mən olmuşam. Rus polkovnik guya atəş açırdı, sərxoş vəziyyətdə idi. Onunla dalaşmaq istəyirdim. Ayağa durdum ki, güllə mənə dəysin. Ağdamda qərargaha getdim. Mütəllibova zəng etdim, cavab vermədi. Daxili işlər naziri Kərimovla danışdım. Dedim, xəcalət çəkmirsiz? Deyirsiz ki, cəmi 2 nəfər ölüb”. Bu xatirələr mənə nə qədər doğmadırsa, o qədər də ağırdır. O yerdə bacım oğlu şəhid olub”.

T.Kərimli dünyada ədalət axtarmağın əbəs olduğunu bildirdi: “Dünya buna kordur, kardır, laldır. Dünyanı idarə edənlərin müslmanlara, türklərə dərin nifrəti var. Heç vaxt istəmirlər bizim inkişafımızı. Başımıza gələn bütün müsibətlərin səbəbi budur. Xocalı da, ermənilərin bizə müharibəsi də, torpaqlarımızın kəsilib başqa dövlətlərə paylanması baş verdi. Başqa xalqlar elm dalınca gedir, biz isə mövhumat dalınca. Sanki dua eləməklə ermənini çıxarmaq olar?”

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR