Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Gəncədə bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onların suşidən zəhərləndiyi ehtimal olunur.
“Qafqazinfo”nun məlumatına görə, onlar 2002-ci il təvəllüdlü T.Cabbarzadə, 2001-ci il təvəllüdlü G.Əmiraslanova və 2004-cü il təvəllüdlü K.Kərimovadır.
Musavat.com zəhərləndiyi ehtimal olunan şəxslərin vəziyyətini öyrənməyə çalışıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 23.03.2025-ci il tarixində saat 20:00 radələrində 3 nəfər (1 kişi, 2 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə kəskin qastritin əlaməti diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Şahanə Rəhimli
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ