İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

9 iyul saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomo bil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR