İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Surenyants: “Hazırkı vəziyyət Brüssel razılaşmalarının birbaşa nəticəsidir”


Ermənistanda son dövrdə baş verənlərə görə məsuliyyəti Qarabağdakı separatçı hakimiyyətin (mətndə uydurma ad göstərilib-red.) üzərinə atılması kimi mənfi tendensiya müşahidə olunur.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Surenyants danışıb.

Onun sözlərinə görə, oxşar hekayə qondarma “müdafiə ordusu”nun keçmiş “komandanı” Samvel Babayanın Ermənistanın ictimai televiziyasına müsahibəsindən də yayılmağa başlayıb.

“34 dəqiqəlik müsahibəsində o, 34 dəfə separatçıların yeni rəhbərliyini qınadı. Lakin (Ermənistanın baş naziri) Nikolun (Paşinyan) günahı barədə bir söz demədi. 2022-ci il oktyabrın 6-da Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanındığını elan edəndə avtomatik olaraq Ermənistanın Azərbaycana Qarabağla bağlı heç bir məsələsinin olmadığını da qəbul etdi. Bu da nəticədə Qarabağ problemini Azərbaycanın daxili işinə çevirdi. Məhz bundan sonra Qarabağın separatçı rəhbərliyi çox çətin “dilemma” ilə üzləşdi: onlar ya gündəmə uyğun olaraq Bakıya inteqrasiya etməli, ya da insanları Ermənistana köçürmək yolunu tutmalı idilər. Artsax hakimiyyətinin yeganə günahı “möcüzə gözləmələri” olub”,-deyə erməni ekspert bildirib.

“Təbii ki, Paşinyandan başqa günahkarlar da var, lakin onlar haqqında yalnız əsas cinayətkarlar məsuliyyətə cəlb olunandan sonra danışmaq mümkün olacaq”, - deyə Surenyants qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR