İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtdakı qətlin təfərrüatları BƏLLİ OLDU

Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanması istiqamətində iş aparılır.

Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb. Qonşuluqda yaşayan və hüquq-mühafizə orqanlarında çalışan Etibar Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman o da güllə xəsarəti alıb.

Dağbəyi Fərəcovun iş adamı olduğu və kafe işlətdiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR