Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhəri 19-cu məhəlləsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və “Kia” markalı avtomobildə olan sərnişin, 1975–ci il təvəllüdlü Fariz Qaqaşov xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ