İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda sakinlərin kabusuna çevrilən yataqxanalar sökülür - FOTO

Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən 13 nömrəli yataqxana binası və 29-cu məhəllədə yerləşən 1 nömrəli yataqxana sökülür.

Bu barədə Musavat.com-a şəhər sakinləri məlumat verib.

Qeyd edilir ki, 13 nömrəli yataqxanada artıq iki gündür ki, söküntü işlərinə başlanılıb. 1 nömrəli yataqxanada isə söküntü işləri demək olar ki, yekunlaşıb.

Yada salaq ki, şəhər sakinləri Musavat.com-a bir neçə dəfə müraciət etmişdi, binanın qəzalı vəziyyətdə olması ilə bağlı məlaumatı işıqlandırmağımızı xahiş etmişdilər.

Yataqxanın fasadı demək olar ki yox idi, eləcə də binanın daxili dağınıq vəziyyətdə idi. 

Qeyd edək ki, 13 nömrəli yataqxanadan sakinlərin əksəriyyəti köçürülsə də, hələ də binada yaşayanlar var. Sakinlər bildirir ki, onlara kompensasiya ödənilməyib. Bunun səbəbi kimi isə onların qeydiyyatda olmadığı göstərilir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR