İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda qadın çarəsiz durumda- İcra hakimiyyəti və müvafiq qurumlardan kömək istənilir

Musavat.com-un elektron ünvanına Sumqayıt sakinindən məlumat daxil olub.

Məlumatda küçədə qalan kimsəsiz qadından bəhs olunur.

Fotolar göndərilib və bildirilir ki, bu qadın hər gün axşam saat 8-9-dan sonra  Sumqayıtda, Heydər Əliyev prospektində “Ordubad” market ilə üzbəüz yerdə yatır.

Oxucu qadının qaldığı yeri daha ətraflı bu cür təsvir edir:

f90acf10-b877-4c54-a400-3c97d2cd8b52.jpeg (132 KB)

 “2-ci mikrorayonda, yolun kənarında “Tantuni” dönər  №1-in qabağında, ağacın altında oturur, gecələr elə oralarda, binaların arasında, dükanların daldanacağında yerdə yatır. Ətrafdakılar ona yemək verir. Çox güman psixi pozuntusu var. Çox acınacaqlı durumdadır. Yağışda çöldə qalır neçə aydır artıq. Psixoloji problemi ola bilər, ola bilər ki, kimsəsi yoxdur, bəlkə də var,  ancaq onunla bacarmır. Amma yazıqdır, insandır, onun da insan kimi yaşamaq haqqı var”.

Oxucu məktubunda aidiyyəti qurumlara səsələnərə bildirilir ki,  heç olmasa aidiyyəti dövlət qurumları onu himayəyə götürürərdi, sığınacağa yerləşdirilərdi:

5c371729-056d-4d00-b69c-712b3db42345.jpeg (105 KB)

“Nəsə bir tədbir görülərdi, kömək edilərdi heç olmasa. Soyuqlar düşəcək, yazığın vəziyyəti pisləşəcək”.

Ümid edirik ki, Sumqayıt İcra Hakimiyyəti və digər müvafiq qurumlar məsələyə reaksiya verib, qadını həmin durumdan çıxaracaqlar.

Musavat.com

 f77567b2-c572-440b-bae4-60dce76fadfb.jpeg (150 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR