İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda hadisə: bıçaqlanan var - RƏSMİ AÇIQLAMA

Avqustun 12 də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti verib.

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. 

@@TVmusavat/92912@@

 

***

Sumqayıtda bıçaqlı insident baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon, ev 32 ünvanında qeydə alınıb.

Belə ki, üç nəfər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Mübahisənin iki tanışın birləşərək orta yaşlı kişini döyməsi ilə başladığı bildirilir. Onların arasındakı ədavətin səbəbi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Davada iştirak edən şəxslərdən biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR