Onlayn ictimai-siyasi qəzet
Yay mövsümü ilə əlaqədar insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar.
Aidiyyəti qurumlar tərəfindən isə bəzi çimərliklərə giriş qadağan edilib. Belə ki, sözügedən ərazilərdə "çimmək qadağandır" lövhəsi yerləşdirilib.
Sumqayıt çimərliyində isə dənizin girişində "çimmək qadağandır" lövhəsinin üstü qəsdən qapadılıb.
Bu isə insanların həyatı üçün təhlükə yaradır. Çünki vətəndaşlar bu ərazidə çimməyin qadağan olunmasından xəbərsizdirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, sözügedən lövhə qurumun aidiyyəti xidməti tərəfindən quraşdırılmayıb. Məlum çimərliyin inzibati cəhətdən ərazisində yerləşdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, əraziyə baxış keçirilib:
"Baxış zamanı ərazidə "çimmək qadağandır" elanına rast gəlinməyib. Araşdırma nəticəsində müəyyən edilib ki, müvafiq qurum tərəfindən ərazidə çimərlik fəaliyyəti göstərilməsinə icazə verilib. Xilasedici mövcuddur və sahibkar çimərlik operatoru kimi fəaliyyət göstərir".
Ətraflı Baku TV-nin süjetində:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ