İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sarkis Xandanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın əvvəllər toxunduğu və qaldırdığı, razılıq əldə etdiyi bütün fundamental məsələlər təsdiqlənsə və sülh müqaviləsində öz yerini tapsa, o zaman imzalanma, sadəcə, texniki xarakter daşıyacaq.

“Əgər İrəvanın sonuncu dəfə Bakıya göndərdiyi sülh müqaviləsi təklifləri qəbul edilsə, o zaman sazişin bu ilin sonunda imzalanması mümkündür”, - deyə Xandanyan bildirib.

Onun fikrincə, hər şey müəyyən şərtlərin vəziyyətə necə təsir edəcəyindən asılıdır. “Gözləməliyik” - deyə hakim partiyanın nümayəndəsi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR