İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sputnik-Moldova”nın rəhbəri haqqında İLGİNC FAKT: Rusiya ordusunda...

Sentyabrın 13-də Moldovadan qovulan “Sputnik-Moldova” xəbər agentliyinin rəhbəri Vitali Denisovun Rusiya ordusunda zabit olduğu iddia edilir.

Musavat.com xəbər verir ki, bu açıqlama "The Insider"in araşdırmasında yer alıb.

"Denisov jurnalistika ilə dolayı əlaqəyə malikdir. Ehtimal ki, o, dezinformasiya ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzinin (54777 saylı hərbi hissə) zabitidir", - məlumatda deyilir.

Qeyd olunub ki, Denisov o vaxtkı Ukrayna SSR-nin Zakarpat vilayətində anadan olub, sovet dövründə Lvov Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb. O, 1992-ci ildə Moskvaya köçüb və Müdafiə Nazirliyinin əsas çap orqanı olan “Krasnaya Zvezda” qəzetinin əməkdaşı olub. 2013-cü ildən Moskva vilayətinin Baş İstintaq İdarəsində işlədiyi bildirilir.

“The Insider”in Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Denisov İstintaq Komitəsindən 72-ci Xüsusi Xidmət Mərkəzinə keçib.

Məlumatda həmçinin 2016-cı ildə Denisova polkovnik rütbəsi verildiyi iddia edilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR