İnsanlara hürriyət, millətlərə istiqlal!

Spiker: “Çıxışa kim yazılıbsa, həmişə söz vermişəm, bunu nəzərə alın”

Milli Məclisin iclasında hakim təyinatları ilə bağlı məsələnin müzakirəsi zamanı maraqlı anlar yaşanıb. Musavat.com-un məlumatına görə, deputat Hikmət Babaoğlu bəzi həmkarlarına irad tutub. “Burada bəzi deputatlar özləri çıxış etdikdən sonra deyirlər ki, məsələ səsə qoyulsun! Burada hamının danışmaq hüququ var. Bu replikalara son qoymaq lazımdır, hamının çıxış etmək hüququ var”.

Spiker Sahibə Qafarova çıxış üçün təkib edənlərin olub-olmadığını soruşdu və bu dəfə deputat Erkin Qədirli söz istədi. O da narazılığını ifadə edərək bildirdi ki, hər dəfə çıxışa yazılanda səsə qoyulmaq tələb edilir: “Bu, birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Onu da qeyd edim ki, bu, yalnız mənə görə olmur, başqa hallarda da olur. Ona görə də bəzən bizim çıxış etmək imkanımız olmur. Mən çıxışa israr etmirəm, amma hər bir deputatın çıxış etmək hüququ var”.

Spiker irada reaksiya verərək bildirdi ki, bu zalda indiyə qədər hansısa deputatın sözü kəsilməyib: “Burada çıxışa kim yazılıbsa, həmişə söz vermişəm. Müzakirələr kəsilibsə, bu, hamının razılığı ilə olub. Mən hamıya söz verirəm, xahiş edirəm, bunu nəzərə alın”.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR